...Orskda yeni bənd uçub, Nikel kəndində isə təxliyə işləri aparılır.
SİA xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
...Bir daha bənd yuyuldu, sıçrayış oldu, bəli. Su yüksəlir.
Hazırda Orskda daşqın zonasından təxliyə edilənlər üçün 12 müvəqqəti yerləşdirmə mərkəzi fəaliyyət göstərir.
Hakimiyyət lazım gələrsə, onların sayını artıracaq.
Məlum olduğu kimi, aprelin 5-i axşam saatlarında Orskda bənd qırılıb.
Xilasedicilər dərhal insanları təxliyə etməyə başlayıblar.
Orenburq vilayətində ümumilikdə 4,3 minə yaxın yaşayış binası, 8,5 minə yaxın bağ evi və 47 körpü su altında qalıb. Sıçrayışlardan biri artıq aradan qaldırılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Daşqının nəticələrinin aradan qaldırılması və əhaliyə yardımın göstərilməsi üçün rayona əlavə xilasedicilər eşalonu göndərilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB