Tacikistan Xarici İşlər Nazirliyi Ukraynanın Düşənbədəki səfirliyinin Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün guya muzdlu əsgərlər cəlb etməsi ilə bağlı bəyanatı əsassız adlandırıb.
Respublikanın xarici siyasət idarəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiya və digər xarici KİV-lərin istinad etdiyi sözlərə cavab verib. ...Rusiya rəsmisinin bu bəyanatının heç bir əsası yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şoxin Səmədinin şərhindən sitat gətirir.
Xarici İşlər Nazirliyi əmin edib ki, Tacikistanın səlahiyyətli orqanları respublikada akkreditə olunmuş diplomatik korpusun statusu ilə bir araya sığmayan hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür.
...Düşənbə həmçinin medianı “ictimaiyyəti çaşdıra biləcək təsdiqlənməmiş bəyanat və şərhləri” yaymaqdan çəkinməyə çağırıb.
Qeyd edək ki, Patruşev aprelin 3-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Astanada keçirilən illik toplantısında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Ukraynanın Düşənbədəki səfirliyi Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün Kiyevin yaratdığı beynəlxalq legiona muzdlular cəlb edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB