Solovyev çinliləri Rusiyaya xəyanət etməkdə ittiham edib

Solovyev çinliləri Rusiyaya xəyanət etməkdə ittiham edib

...Necə deyərlər, “indi yalan-doğru” olsa və ya olmasa da, Rusiya hakimiyyəti... onlara tətbiq edilən sanksiyaların guya işləmədiyini, Kremlin heç bir ziyan görmədiyini desələr də, amma sanksiyaların boğulması göz önündədir.

Məsələn, son günlər KTMT ölkələri olan Qırğızıstan, Qazaxıstan, Ermənistanın Rusiyanın “Mir” kartlarını qəbul etməməi buna əyani sübutdur.

...Amma, ruslara görə, Rusiyanın kürəyinə ən ağrılı zərbəni guya Çin vurub. Belə ki, Pekin sanksiyalara görə Rusiya biznesinə xidmət etməkdən və Rusiya iqtisadiyyatını ayaqda saxlamaqdan imtina edib.

Bununla bağlı məsələ o yerə çatıb ki, hətta Putinin əsas təbliğatçısı olan Vladimir Solovyov belə “Çin alçaqlığına” dözə bilməyib və tok-şousunun efirində sözün əsl mənasında Çinə hücum edərək, çinliləri Rusiyaya xəyanət etməkdə ittiham edib.

SİA “Dialoq”-a istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist və bloger Denis Kazanski özünün YouTube kanalında danışıb.

...İndi Çinlə çox işləyən insanlar mənə zəng edib deyirlər ki, baş verənləri izah edin? İndi biz maliyyə əməliyyatlarını necə aparırıq? İnsanlara necə cavab vermək olar?

Tıbii ki, bu Solovyevu çox pəjmürdə edib və həm də qəzəbləndirib.

Putinin əlaltısı Çin mallarının, o cümlədən ikili təyinatlı malların Ukraynada tam sürətlə satıldığına da diqqət çəkib.

...Çində hakimiyyətdə pul sayan praqmatik insanlar var və Rusiya liderinin hansısa xəstə imperiya fantaziyaları naminə öz iqtisadiyyatlarını məhv etmək fikrində deyillər.

Qeyd edək ki, bunu Denis Kazanski bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə