Putin pedofiliyaya görə məhkum olunanlara qadağa qoydu

Putin pedofiliyaya görə məhkum olunanlara qadağa qoydu

Rusiya prezidenti Vladimir Putin pedofiliyaya görə məhkum edilmiş şəxslərin uşaq təhsil təşkilatlarına, uşaq və idman meydançalarına getməsinə qadağa qoyan qanunu imzalayıb. Sənəddə nəzərdə tutulmuş normalar uşağın cinsi toxunulmazlığına qarşı cinayət törətməyə görə ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan nəzarət edilən şəxslərə şamil edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanun hüquqi informasiya portalında dərc olunub.

...Sənədə əsasən, belə kateqoriyadan olan vətəndaşların uşaq təhsil, müalicə, mədəniyyət, sanatoriya-kurort və bədən tərbiyəsi eləcə də idman təşkilatlarının ərazilərinə səfəri qadağan edilib.

Qanun dərc olunduqdan 10 gün sonra qüvvəyə minmiş hesab ediləcək.

Xatırladaq ki, aprelin 3-də Rusiya Federasiyasının Federasiya Şurası “Həbsdən azad edilmiş şəxslərə inzibati nəzarət haqqında” qanuna müvafiq dəyişiklikləri təsdiqləyib.

Yeri gəlmişkən, bundan əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev pedofiliyaya görə məhkum edilmiş şəxslərin uşaq bağçalarına və məktəblərə getməsinin qadağan edilməsini təklif etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə