Türkiyədə 2024-cü ilin 31 mart tarixində baş tutan bələdiyyə seçkiləri demokratik yetkinlik şəraitində keçirilib.
Siyasi rəqabətin seçkilərin nəticələri ilə müəyyən edilməsi Türkiyədə demokratiyanın möhkəmlənməsinin yeni göstəricisi kimi qəbul edilməlidir. İştirak nisbətinin 78,55 faiz olduğu seçkilərdə CHP 14 böyük şəhər və 21 vilayətdə səslərin 37,76 faizini toplayaraq qələbə qazanıb. Bələdiyyə seçkilərində əldə olunan nəticənin bir çox cəhətdən Türkiyə siyasətinə təsir etmək potensialına malik olduğu görünür.
Əvvəlki seçkilərlə müqayisədə CHP-yə səs verən seçicilərin sayının 3,3 milyon artığı, Әdalәt vә İnkişaf Partiyasına verilən səslərin isə 4,2 milyon azaldığı müşahidə olunub. Görünən odur ki, DEM Partiyası ilə İYİ Partiyaya səs verən seçicilərin əksəriyyəti CHP-yə səs verib. CHP həm öz seçicilərinin səslərini, həm də yaxın partiyaların seçicilərinin dəstəyini toplayıb. Bu nəticələrlə bələdiyyə seçkilərində iqtisadi vəziyyətə reaksiyanın ön plana çıxdığını söyləyә bilәrik. CHP fərqli modellə də olsa 2019 və 2023-cü il ittifaqlarını seçicilərin gözündə qoruyub saxlaya bildi.
Böyük şəhərlərlə yanaşı, CHP-nin bəzi mühafizəkar Anadolu şəhərlərində də qələbə qazanması yeni reallığa işarə edir. CHP sədri Özəl seçki nəticələrinin “yeni siyasi mühitin qapısını açdığını” və “bütün siyasi partiyalar üçün bir milad” olduğunu bildirib. Dəyişiklik iddiası ilə yola çıxan yeni CHP rəhbərliyinin bu fenomeni trendə çevirib-çevirməyəcəyini yaxın illərdə görəcəyik.
2023-cü ilin may ayında keçirilən prezident və parlament seçkilərinin qalibi olan Әdalәt vә İnkişaf Partiyası bələdiyyə seçkilərdə 12 böyük şəhər və 12 vilayətdə səslərin 35,48 faizini toplayaraq ilk dəfə ikinci pillədə qərarlaşıb. Bu, 2002-ci ildən bəri ilk dəfədir ki, baş verir. Seçkiyə qatılmayanların və etibarsız səslərin 15 milyona çatdığı bu seçkilərdə Әdalәt vә İnkişaf Partiyası gözlənilməz reaksiyası ilə üzlәşdi. Koronavirus pandemiyasından sonra iqtisadiyyatda dərinləşən problemlər və onların həllində irəliləyişin olmaması bu vəziyyətin ən böyük səbəblərindən biri kimi qiymәtlәndirilә bilər. Bu problemlərin bir mənada 2023-cü ilin may və 2024-cü ilin martında keçirilən seçkilərə təsir etdiyi müşahidə olunur.
Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra etdiyi çıxışda 31 mart seçkilərini “son deyil, dönüş nöqtəsi” kimi xarakterizə edib. Milli iradəyə hörmətini bir daha nümayiş etdirən Rəcəb Tayyib Ərdoğan demokratiyanın üstünlüklərindən danışıb. O, Әdalәt vә İnkişaf Partiyasının yenilənmək və dərs almaq öhdəliyinə də işarə edərək, “cəsarətlə özlərini tənqid edəcəklərini” açıqlayıb.
Qarşıdakı 4 illik fəaliyyət dövründə də gərgin templə çalışmağa davam edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan həm mümkün növbədənkənar seçki müzakirələrini aradan qaldırdı, həm də təşkilatının əhval-ruhiyyəsini yüksəltdi. Әdalәt vә İnkişaf Partiyası üçün “dönüş nöqtəsi”, CHP üçün isә “milad” olan bələdiyyə seçkiləri Türkiyənin 2028-ci ilə qədər çox aktiv bir dövr yaşayacağından xəbər verir.
Əgər hakim Әdalәt vә İnkişaf Partiyası yenilənməni təmin edərsə və gəlir bölgüsünü aşağı gəlirli insanların xeyrinə yaxşılaşdırarsa, reaksiya verən seçicilərinin səslərini yenidən toplayacaq. CHP isə bu seçkidə əldə etdiyi qələbəni möhkəmləndirmək üçün indi daha ağır siyasi yükün altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



