Kuril adaları yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib

Seysmoloqlar Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin vilayəti) 4,6 bal gücündə zəlzələ qeydə alıblar. SİA xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən TASS-a verilən məlumata görə, yerli sakinlər yeraltı təkanları hiss ediblər.

Zəlzələnin episentri Qornoye kəndindən 94 km cənub-şərqdə, 29 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə