Rusiya yeni neft emalı zavodları (NEZ) inşa etməyi planlaşdırmır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.
“Onsuz da artıq güclərimiz olduğundan yeni NEZ tikintisini nəzərdə tutmuruq, biz NEZ-lərin bərpası və modernləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçiririk”, – o deyib.
Novakın sözlərinə görə, Rusiya yanacağa olan tələbatı ödəmək üçün kifayət qədər emal gücünə malikdir, üstəlik, zavodların sərbəst qalan güclərdən istifadə etməklə emal həcmini artırmaq potensialı da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB