Niyə hücum zamanı videoda hücum edənlərin üzünü deyil, məhkəmədə məhbusların üzünü göstərirlər?
Oğluma böhtan atılıb...

...Moskvada terror aktında şübhəli bilinən dörd Tacikistan vətəndaşından biri, 32 yaşlı Dalerjon Mirzoyevin anası oğlunun cinayətdə iştirakına inanmır.

SİA-nın əldə etdiyi məlumata görə, Dalerjonun anası Gülrakat Mirzoeva aprelin 2-də “Radio Ozodi”-yə deyib ki, o, internetdə yayımlanan “Crocus City Hall”-a hücumun videolarına baxıb və oğlunun hücum edənlər arasında olmadığına inanır.

Onun dediyinə görə, konsert zalında videoda olan və əlində bıçaq tutan şəxs (terrorçulardan biri - red.) mənim oğlum deyil. Videodakı hücum edənlər hündür, iri və heç biri Dalerjona bənzəmir. Niyə hücum zamanı videoda hücum edənlərin üzünü deyil, məhkəmədə məhbusların üzünü göstərirlər? Biz hamısına baxmışıq. Videoda hündürboy, açıq saçlı, əynində mavi köynəkdə olan iri bir kişi video çəkdirərək qapının bağlanmasını əmr edir. Hesab edirəm ki, oğluma böhtan atılıb.

Moskva vilayətində baş verən terror aktından iki gün əvvəl Dalerjon Tacikistandakı ailəsinə zəng vurub və anasının dediyinə görə, tezliklə qayıtması barədə məlumat verib.

...Mənə zəng edərək dedi ki, Rusiyada qanuni qalma müddəti martın 20-də başa çatdığı üçün tezliklə qayıdacaq. O bildirib ki, basqınlar çox sərtdir, əgər onu tutub deportasiya etsələr, o zaman Moskvaya gələ bilməyəcək. Mən ona evə Tacikistana qayıtmasını dedim. O, martın 25-dən əvvəl gələcəyini söylədi.

Bunu Dalerjonun anası bildirib.

Yaxınlarının dediyinə görə, Dalerjon 6 ay əvvəl Rusiyaya gedib.

O, Tacikistanda da taksi sürücüsü işləyib.

Onun terror aktı ilə bağlı həbs olunması xəbəri bütün qohumlarını və həmkəndlilərini şoka salıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə