Ankaranın Yenimahalle rayonunda avtomobil şinləri və tullantıların yerləşdiyi sənaye sahəsində güclü yanğın baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günorta saatlarında naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyərək geniş əraziyə yayılıb. Bölgəyə müxtəlif rayonlardan çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Şəhərin müxtəlif yerlərindən görünən yanğın nəticəsində səmada sıx tüstü təbəqəsi əmələ gəlib.
Hadisə zamanı iki avtomobilin yandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB