Qarın yağları inadkar olmaları ilə bilinir. SİA xarici mətbuata istinadən xəbər verir ki, antioksidant və C vitamininin ən çox olduğu iki məhsul qəhvə və limondur. Alimlərə görə bədəndən yağı əridən bu iki qidanın bir çox faydası var.
Qış aylarında sağlam immunitetə sahib olmaq lazımdır. Bunun üçün də sağlam qidalar olduqca əhəmiyyətlidir. Bəzi alternativ reseptlər bu zaman xilasedici olur. Qəhvənin maddələr mübadiləsini sürətləndirdiyi və enerjini yüksəltdiyi hamı tərəfindən bilinir. Qəhvənin bu faydası limonla birləşəndə maddələr mübadiləsini daha çox hərəkətləndirir.
Qəhvə - limon ikilisi
- Maddələr mübadiləsini sürətləndirən bu qarışım yaya hazır girmək istəyənlərin də köməyinə çatır.
- Çəki atmağa da kömək edən bu resept sayəsində qışı enerji ilə keçirmənizə kömək olacaq.
- Şiddətli baş ağrısına yaxşı təsir göstərdiyi üçün xroniki ağrı çəkənlərin də dərdinə dərman olur.
- Bu qarışım həzm sisteminin də düzgün işləməsinə kömək edir. Bunun üçün çəkilmiş qəhvəni limon ilə qarışdırıb üzərinə bal əlavə edə bilərsiniz.
- Həm limon, həm də qəhvə üz dərisi üçün də faydalıdır. Qəhvə içmək üz dərisini təmizləyir, qan axışını sürətləndirir, üzü nəmləndirir.
- C vitamini ilə zəngin olan limon isə güc və elastiklik qazandıran kollageni artırır, günəş ləkələrini də azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB