NATO Tramp seçiləcəyi təqdirdə Ukraynaya kömək etməyin yolunu tapıb?

...NATO Vaşinqtonun rəhbərlik etdiyi Kiyevə yardım və Ukraynaya silah tədarükünü koordinasiya edən təmas qrupunun idarəçiliyini öz üzərinə götürə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, ruslar bunu ABŞ-da Donald Trampın Amerika dövlətinin başçısı seçilməsindən ehtiyatlanaraq etdiklərini bildirirlər.

“Bloomberg” daha əvvəl NATO-nun Ukraynaya təxminən əlli ölkədən silah tədarükünü koordinasiya edən Ukraynaya Yardım üzrə ABŞ-ın rəhbərlik etdiyi Əlaqə Qrupunun əməliyyat məsuliyyətlərini öz üzərinə götürməyi nəzərdən keçirdiyini bildirmişdi.

Bu arada adının açıqlanmasını istəməyən bir Avropa rəsmisi “Politico”ya deyib ki, müttəfiqlər dəyişikliyi ABŞ-ın rəhbərlik etdiyi təşəbbüsü institusionallaşdırmaq, Trampın yenidən seçiləcəyi təqdirdə digər NATO ölkələrinə prosesdə daha çox söz sahibi olmaq imkanı vermək kimi görürlər.

Nəşr onu da qeyd edir ki, bu yolla Ukraynanın Qərb ölkələrindən gələcək maliyyələşməsi Avropa ölkələri və ABŞ-da hakimiyyət dəyişikliyindən qorunacaq.

Adı açıqlanmayan ABŞ rəsmisi həmçinin qeyd edib ki, təmas qrupunun rəhbərliyində dəyişikliklərlə bağlı danışıqlar çox yüksək səviyyədə gedir, onlar Kiyevə NATO və Avropa İttifaqı yardımı rəsmiləşdirmək niyyətindədirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə