Bayden Çin liderini Rusiya və İrana təsir göstərməyə çağırıb

... ABŞ prezidenti Cozef Bayden ötən ilin noyabrında Kaliforniyada baş tutan görüşdən sonra ilk dəfə Çin lideri Si Cinpinin ilə telefonla danışıb.

SİA “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə amerikalı məmur jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

...Amerika prezidenti Si ilə Ukrayna və Yaxın Şərqdəki müharibələr kontekstində Çinin Rusiya və İran üzərində təsir rıçaqlarından danışıb.

Bunu rəsmi qeyd edib.

Bayden Çinin Cənubi Çin dənizindəki davranışından da narahatlığını ifadə edib. Təbii ki, burada söhbət, Çinin Filippin yük gəmisinə su şırnaqları ilə atəş açması ilə bağlı son epizoddan söhbət gedir.

Rəsminin sözlərinə görə, Bayden, sintetik dərmanlar hazırlamaq üçün bəzi kimyəvi maddələrin axınının məhdudlaşdırılması və kəsilməsi tədbirləri ilə bağlı noyabr ayından bəri əldə edilən irəliləyişləri müzakirə edərkən Si-ni narkotiklərlə mübarizə səylərinə təkan verib.

Xatırladaq ki, noyabrın 15-də Bayden və Si Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşmüşdülər. Onu da xatırladaq ki, bu, onların bir ildə ilk şəxsi görüşü və Si-nin dörd ildə ABŞ-a ilk səfəri idi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə