ABŞ-ın “United Airlines” aviaşirkətinin Frankfurtdan San-Fransiskoya uçan “Boeing” təyyarəsində tualet böhranı yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cümə günü axşam havaya qalxdıqdan dərhal sonra tualetin nasazlığı və daşmasından sonra “Boeing 777” təyyarəsinin salonu nəcis iyi ilə dolub. Nəcis tualetin çənindən sızaraq kabinəyə yayılıb. Problemi həll etmək mümkün olmadığından təyyarə okeanı keçərək yoluna davam etmək əvəzinə havaya qalxdığı Almaniyaya qayıdıb.
Təyyarənin cəmi 7 yaşında olduğu bildirilib. Aviaşirkətin təyin etdiyi oteldə gecələyən sərnişinlər ertəsi gün başqa təyyarə ilə ABŞ-a gediblər.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB