ABŞ-ın İsrailə 18 milyard dollar dəyərində silah satışı

ABŞ-ın İsrailə 18 milyard dollar dəyərində silah satışı

İsraili dəstəkləməyə davam edən ABŞ rəhbərliyinin İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 döyüş təyyarəsi ilə bağlı avadanlıq satmağa hazırlaşdığı bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin ilk dəfə 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden administrasiyası ilə Konqres arasında çoxlu görüşlərin keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib. Yanvarın 30-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul tərəfindən yaşıl işıq yandırılan satışla bağlı rəsmi bildirişin Bayden administrasiyasından tezliklə Konqresə göndəriləcəyi gözlənilir.

Konqresdə satışla bağlı 15 günlük qiymətləndirmə dövründə İsrailə qeyd-şərtsiz silah dəstəyini tənqid edən Demokrat senator və nümayəndələrin necə reaksiya verəcəyi isə maraq doğurur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə