Dünyanın ən yaşlı pandası öldü

Dünyanın ən yaşlı pandası öldü

Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda ölüb. SİA xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Tan-Tan 1995-ci ildə Çində doğulub və 2000-ci ilin yayından Kobe zooparkında saxlanılıb. 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı onda ürək xəstəliyi aşkarlanıb.

Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ilinə bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə