DİN əcnəbilərin Rusiyada müvəqqəti qalma müddətini azaldacaq

DİN əcnəbilərin Rusiyada  müvəqqəti qalma müddətini azaldacaq

Əcnəbilərin Rusiyada müvəqqəti qalma müddəti il ​​ərzində 90 günə endiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında yazıb.

Qeyd edək ki, departament miqrasiya sahəsində dövlət nəzarətini gücləndirən qanun layihəsi üzərində işi başa çatdırıb.

Xatırladaq ki, sənəd martın 29-da baxılması üçün Dövlət Dumasına təqdim edilmişdi.

...Müvəqqəti qalma müddətinin azaldılması ilə yanaşı, Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiyanın, əcnəbinin rəqəmsal profilinin və müəyyən kateqoriyalı ziyarətçilər üçün ölkədə nəzarət olunan qalma rejiminin tətbiqi üçün hüquqi əsaslar müəyyən edir.

Bundan əlavə, o, əcnəbiləri işə götürən işəgötürənlərə nəzarətin gücləndirilməsini və qeyri-leqal miqrantların hüquqlarına məhkəmədənkənar məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə