Putin tapşırıq verdi...

Bu arada Rusiya prezidenti Vladimir Putin hökumətə ölkə iqtisadiyyatının alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-in həcminə görə dünyada dördüncü yerdə olmasını təmin etməyi tapşırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb.

Nazirlər Kabineti bu məsələ ilə bağlı 2025-ci il martın 31-dək dövlət başçısına hesabat təqdim etməli, sonra isə illik hesabatlar verməlidir.

O cümlədən, hökumətə, emal sənayesində ümumi əlavə dəyərin səviyyəsini 2030-cu ilə qədər 2022-ci ilə nisbətən azı 40 faiz, idxalın ÜDM-dəki payını 17 faizə qədər azaltmaq, qeyri-resurs, qeyri-enerji ixracını ən azı üçdə iki artırmaq tapşırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə