Baş verən qəza nəticəsində 8 nəfər ölüb

Baş verən qəza nəticəsində 8 nəfər ölüb

...Yaroslavl vilayətinin Berendeevo kəndi yaxınlığındakı dəmir yolu keçidində avtobus qatarla toqquşub.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

İlkin məlumata görə, avtomobildə olan 8 nəfərin hamısı ölüb.

Hazırda qəza yerində təcili yardım xidmətləri işləyir. Qəza ilə bağlı ilk məlumat saat 14:40-da daxil olub.

Əvvəlcə ölənlərin sayı 5-i ötməsə də, sonradan məlum oldu ki, ehtimal ki, azı 8 nəfər ölüb.

Mash Telegram kanalının məlumatına görə, qatar Arxangelsk-Moskva marşrutu üzrə hərəkət edib.

Öz növbəsində, SHOT Telegram kanalının iddiasına görə, qəza zamanı qatar maşinisti də kəllə-beyin travması alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə