Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda 4 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib. Qurumun verilənlərinə əsasən, yerli vaxtla 05:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınmış zəlzələnin ocağı 7,09 km dərinlikdə yerləşib. Təbiət hadisəsinin episentri rayonun Karaçam yaşayış məntəqəsindən 1,54 km məsafədə olub. Yerli sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB