Samarada polis əvvəllər nasizmin reabilitasiyası maddəsi ilə məhkum olunmuş musiqiçi Andrey Şabanovun mənzilində axtarış aparıb. Polis partlayıcı axtardıqlarını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şabanovun özü bundan əvvəl yoxa çıxıb.
Qeyd edək ki, axtarış martın 21-də günün ortasında aparılıb, amma bu barədə yalnız indi məlum olub.
Şabanovun mənzilində yalnız anası olub. Deyilənlərə görə, o, müstəqil hərəkət edə bilmir. Polis musiqiçinin sosial media hesablarına daxil olaraq kompüterini ələ keçirib.
Polis Şabanovun saxlanması barədə anasına məlumat verib. Onu da qeyd edək ki, ananın da oğlu ilə heç bir əlaqəsi yoxdur.
Belə ki, axtarışdan əvvəl Andrey gecəni dostları ilə keçirib, bundan sonra telefonu söndürülüb və o vaxtdan bəri onu heç kim görməyib.
Polis Şabanovun yerini anasına deməkdən imtina edib.
Bir daha xatırladaq ki, Şabanov 2022-ci ildə nasizmin reabilitasiyası ilə bağlı cinayət maddəsi ilə məhkum edilib, məhkəmə onu 60 min rubl cərimələyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB