...ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiya rəhbəri Vladimir Putinin martın 22-də “Crocus City Hall” konsert zalında baş verən terror aktında Ukraynanın əli olması ilə bağlı bəyanatını rədd edib.
SİA-nın əldə etdiyi məlumata görə, ABC News-a müsahibəsində ABŞ-ın Putinin ittihamlarını dəstəkləyəcək dəlillərin olub-olmaması ilə bağlı sualına Harris “Xeyr” cavabını verib.
...Xeyr, heç bir sübut yoxdur və əslində biz bilirik ki, “İŞİD” faktiki olaraq bütün əlamətlərə görə baş verənlərə görə məsuliyyət daşıyır.
Bunu ABŞ vitse-prezidenti qeyd edib.
Yeeri gəlmişkən, Harris həmçinin terror aktı zamanı baş verənlərin və ölənlərin sayının faciə olduğunu vurğulayıb və həlak olanların ailələrinə başsağlığı verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB