İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib

İsrail hərbçiləri ölkənin şimal hissəsinin atəşə tutulmasına cavab olaraq Livanın ərazisinə yeni zərbələr endiriblər.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, gün ərzində İsrailin şimalındakı Ştula və Rexes-Ramim yaşayış məntəqələri istiqamətində ən azı üç tank əleyhinə raket atışı qeydə alınıb.

"İsrail ordusu təhlükəni aradan qaldırmaq üçün buraxılış mənbələrinə, eləcə də Livandakı əlavə ərazilərə zərbələr endirib", - deyə bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə