Küçə ortasında qadına silahlı hücum

Küçə ortasında qadına silahlı hücum

İstanbul Çekmeköydə kimliyi bilinməyən bir şəxs küçə ortasında Çiğdem S.-ə silahla atəş açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şübhəli hadisə yerindən qaçaraq uzaqlaşarkən yaralı qadın xəstəxanaya aparılıb. Polis şübhəlini tutmaq üçün axtarışa başlayıb.

Hadisə Türkiyə saatı ilə 19:30-da Çamlık məhəlləsi Çuhadar küçəsində baş verib. İddiaya görə qadın evinin önündə kimliyi bilinməyən şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Çiğdem bədəninə tuş gələn güllələr ilə qanlar içində yerə yıxılıb.

Xəbər sonrası hadisə yerinə tibb işçiləri və polis dəstələri gəlib. Tibb işçiləri yaralı qadını Şəhid Prof.Sancaktəpə İlhan Varank Təhsil və Araşdırma xəstəxanasına çatdırıblar. Bədəninə iki güllə dəyən qadının həyati təhlükəsinin davam etdiyi öyrənilib.

Polisin hadisə ilə bağlı araşdırması davam edir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə