“Solovyev LIVE” kanalının əməkdaşı saxlanılıb...

“Solovyev LIVE” kanalının əməkdaşı saxlanılıb...

...Rusiyanın Belqorod şəhərində “Solovyev LIVE” kanalının jurnalisti İlya Korenev saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza öz Telegram kanalında yazıb.

Nəşrin məlumatına görə, 31 yaşlı Korenev Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında çəkiliş apararkən saxlanılıb.

Bildirilir ki, “Solovyov LIVE” operatoru yol polisi əməkdaşları tərəfindən saxlanılıb və hazırda onunla mühafizə xidmətinin əməkdaşları işləyir.

Fevralın 19-da Rusiyanın müharibə müxbiri və RİA Novosti-nin jurnalisti Andrey Kotsun saxlanması ilə bağlı xəbər yayılmışdı. Polis jurnalisti küçədə saxlayıb və üzərində bir neçə maddə olan bağlama aşkar edib. Ekspertiza onun marixuana olduğunu müəyyən edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə