Sərnişin avtobusu aşıb - xəsarət alanlar var

Sərnişin avtobusu aşıb - xəsarət alanlar var

Türkiyənin Karlıova rayonunda sərnişin avtobusunun aşması nəticəsində 21 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərnişin avtobusu Bingöl-Karlıova torpaq yolunun Azizan kəndi yaxınlığında qar səbəbi ilə yoldan çıxaraq aşıb.

Xəbər sonrası bölgəyə təcili tibbi yardım və polis əməkdaşları gəliblər. Yaralılar Karlıova və Bingöl Dövlət Xəstəxanasına çatdırılıblar.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə