2000-ci illərdə yayımlanan Türkiyədə yayımlanan "Yarım alma" filmində əkiz bacıları canlandıran Janset Paçalı və Günay Karacaoğlu görüşüblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Günay Karacaoğlunun doğum günü şənliyinə gələn Janset Paçalı çəkdikləri fotoları sosial mediada paylaşıb.
2002-ci ildə başlayan "Yarım alma" filmi 55 bölüm çəkilib. Böyük maraqla izlənilən "Yarım alma"nın baş rollarını Janset Paçalı və Günay Karacaoğlu canlandırıblar.
Onlar uzun illər keçməsinə baxmayaraq dostluqlarını davam etdiriblər. Janset filmdəki bacısı Günay Karacaoğlunu tək qoymayıb. "İnstagram" hesabında Janset bu sözləri deyib: "O mənim həm canım, həm də bacımdır. Yaxşı ki, dünyaya gəlib illərimiz və qəlblərimiz birləşib. Səni çox sevirəm, canım bacım. Neçə gözəl yaşlara".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB