İspaniya gənclərə pulsuz “prezervativ” paylayacaq

İspaniya gənclərə pulsuz “prezervativ” paylayacaq

İspaniya cinsi yolla keçən xəstəliklərlə mübarizə məqsədilə gənclərə pulsuz prezervativ paylamağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Monika Qarsiya hökumətin məsələ ilə bağlı qərarını ilk dəfə Senatın Səhiyyə Komissiyasında açıqlayıb.

İnfeksiyanın qarşısını almaq üçün pulsuz peyvənd variantını nəzərdən keçirərkən, “prezervativ” kimi təsirli bir seçimin ehtiyat tədbirləri arasında olmamasının məntiqli olmadığı bildirilib.

Nazir potensial tədbirin arxasında cinsi yolla ötürülən infeksiyaların həyəcanverici artımına işarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə