Türkiyənin Kocaeli şəhərinin Başiskele rayonunda sənaye sahəsində yerləşən maşın emalı, təmiri və baxımı edən iş yerində səhər saatlarında yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə qızdırıcıya görə iş yerində yanğın çıxıb. Yanğın qısa müddətdə böyüyüb, alovları görən vətəndaşlar yanğınsöndürənlərə xəbər veriblər.
Xəbər sonrası hadisə yerinə yanğınsöndürən, polis, tibb işçiləri gəliblər. Yanğını söndürmək üçün hərəkətə keçiblər. İstintaq başlayıb.
Yanğın söndürülərkən iş yerində qalan xarici ölkə vətəndaşı olan işçinin yanaraq həyatını itirdiyi öyrənilib. Daha sonra cəsət morqa aparılıb. Polis hadisə ilə bağlı axtarışa başlayıb.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB