Macarıstanın baş naziri Orban Avropa Parlamenti seçkilərində Brüssel ilə Macarıstanın azadlığı arasında seçim ediləcəyini ifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban 15 Mart Macarıstanın "Azadlıq günü" münasibətilə ictimaiyyətə müraciət edərək, qarşıdan gələn AP seçkiləri ilə bağlı fikirlərini və Brüssellə bağlı tənqidlərini bildirib.
İyun ayında keçiriləcək seçkilərdə Brüssel və Macarıstanın azadlığına üstünlük veriləcəyini bildirən Orban, macar xalqının öz azadlığına və suverenliyinə bağlı olduğunu vurğulayıb. 1848-ci il Macarıstan inqilabı zamanı Avropanın xaos içində olduğunu və macarların 12 maddədən ibarət islahat tələbi ilə Budadan Peştə yürüş etdiyini xatırladan Orban, Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyirlərsə, Brüsseli işğal etməkdən başqa çarə olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB