Qərbə qarşı çıxan Rusiya, neft ixracını artırıb...

Gündə təxminən 1,37 milyon barel neft Çinə, təxminən 1,08 milyon barel isə Hindistana göndərilir...
Qərbə qarşı çıxan Rusiya, neft ixracını artırıb...

Rusiyadan dəniz yolu ilə xam neft ixracı bu il ən yüksək həddə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Bloomberg” yazır ki, gündəlik 590 min barelə "sıçrayış" keçən həftə qısa müddət sonra baş verib.

Nəşrin məlumatına görə, Rusiya xam neftinin dəniz yolu ilə daşınmasının ümumi dəyəri oktyabr ayından bu yana ən kəskin artaraq 7 gün ərzində 1,86 milyard dollara çatıb. Moskva ölkənin maliyyə imkanlarını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş G7 qiymət tavanına baxmayaraq, bu sövdələşmələri həyata keçirə bildi.

Qeyd edək ki, bu gün Rusiya enerji ehtiyatlarının əhəmiyyətli bir hissəsi Asiya bazarına tankerlər vasitəsilə göndərilməkdədir.

Yenə də “Bloomberg” qeyd edir ki, gündə təxminən 1,37 milyon barel neft Çinə, təxminən 1,08 milyon barel isə Hindistana göndərilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə