...Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda hansı siyasətçiyə və ya ictimai xadimə daha çox güvəndiyini müəyyən etmək üçün sorğu keçirib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, respondentlərin 17 faizi Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana güvəndiyini bildirib.
5 faiz Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyana, 4 faiz isə keçmiş baş nazirin qardaşı, Respublika partiyasının rəhbəri Aram Sarkisyana güvən nümayiş etdirib.
Bundan başqa, 3 faiz Ermənistan Milli Assambleyasının sədri Alen Simonyana, 2 faiz isə Ermənistan Respublikasının eks-prezidenti Robert Köçəryana etimad göstərdiyini deyib.
Eyni zamanda respondentlərin 60 faizə yaxını heç kimə inanmadığını, 8 faizi isə cavab verməkdən imtina etdiyini və ya nə cavab verəcəyini bilmədiyini deyib.
Qeyd edək ki, sorğu 2023-cü il dekabrın 13-dən dekabrın 22-dək aparılıb.
Və bu sorğuda 1508 respondent iştirak edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB