"Pulkovo"ya uçuşlar məhdudlaşdırılıb...

"Pulkovo"ya uçuşlar məhdudlaşdırılıb...

Sankt-Peterburqun “Pulkovo” hava limanında uçuşlar məhdudlaşdırılıb. Federal Hava Nəqliyyatı Agentliyinin verdiyi məlumata görə, tədbir “təhlükəsizliyi təmin etmək” üçün atılıb.

Məhdudiyyətin Moskva vaxtı ilə saat 17:00-dan etibarən qoyulduğu dəqiqləşdirilir. Məlumatda qeyd olunub ki, hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanı xidmətləri tədbirlər görür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Pulkovoda “Kover” planı tətbiq edilib. Bunu “Baza” və “Diqqət, Xəbər” Telegram kanalları da təsdiqləyib.

Buna səbəb kimi Sankt-Peterburqun cənub-qərbində baş verən güclü yanğın olduğu iddia edilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1 min kvadratmetr sahəni əhatə edən anqar yanır.

...Hələlik iki nəfərin öldüyü bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə