...Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı həbsxanada zəhərlənə biləcəyindən qorxurmuş.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Navalnının keçmiş vəkili Olqa Mixaylova deyib.
Vəkilin dediyinə görə, koloniyadan çıxan kimi dərhal bu barədə Vadim Kobzevin, yəni vəkilimizin Twitter-də yazdım.
Qeyd edək ki, Mixaylova bunu Meduza-ya müsahibəsində bildirib.
O, bununla bağlı Rusiya Federasiyasının Baş prokuroruna, Federal Penitensiar Xidmətin direktoruna və Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkovaya şikayət etdiyini də bildirir.
...Mixaylova qeyd edib ki, Navalnının ölümü ərəfəsində, fevralın 15-də Moskvanın Basmannı məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmə protokoluna əsasən, əsas Mixaylova ilə Navalnı arasında siyasətçinin zəhərlənmədən qorxduğu söhbətin dinlənilməsi olub.
...Hakim Dudar isə bu protokoldan mənim barəmdə həbs qətimkan tədbirinin seçilməsi zərurətinin yeganə sübutu kimi istifadə etdi. Üstəlik, koloniyaya gedəndə oradan gətirdiyimiz və çıxardığımız bütün kağızların şəkli çəkilmişdi. Heç vaxt bizdən bir kağız parçası da müsadirə olunmayıb.
Mixaylova bildirib bunu.
Onu da qeyd edək ki, ekstremist icmadakı iştirakda ittiham olunan Olqa Mixaylova hazırda Rusiyadan kənardadır.
Yeri gəlmişkən, Navalnının başqa üç vəkili - Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin ötən ilin oktyabrında ekstremist icmada iştirak ittihamı ilə həbs ediliblər.
Maraqlıdır ki, müdafiəçilərin həbs müddəti bir neçə dəfə uzadılıb.
Bundan əlavə, Rosfinmonitorinq vəkilləri “ekstremistlər və terrorçular” siyahısına daxil ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB