Hindlilər "göydə balonlarda gəzir", amma biz...

Deyirlər qiymət rekşaların qiymətindən daha yüksək olacaq?
Hindlilər "göydə balonlarda gəzir", amma biz...

Siz də deyirsiniz, hindlilər acından günorta dururlar...

Budur, onlar yaxın vaxtlarda Hindistanda hava taksisini işə salmağı planlaşdırırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri News18 portalı yayıb.

Qeyd edək ki, Hindistanın uçan avtomobili e200 adlanır.

Bu taksi bir neçə səfər üçün kifayət etməli olan batareya ilə şəhər blokları üzərindən uça biləcək.

Tərtibatçıların fikrincə, avtomobil kiçik ölçüdə və çox rahat olacaq. Belə bir xidmətin qiymətinin normal şərtlərdən daha yüksək olacağı gözlənilir.

...Deməli, bunu eşidən rusların dərdi təzələnib. Belə ki, Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti “Yandex Taxi”də xidmətlərin qiymətlərini yoxlayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə