Makron Fransa cəmiyyətini Rusiya ilə müharibəyə hazırlayır...

Fransa Ukraynaya dəstək verə bilər, lakin eyni zamanda, münaqişənin tamhüquqlu tərəfinə çevrilməmək üçün hər şeyi etməlidir...
Makron Fransa cəmiyyətini Rusiya ilə müharibəyə hazırlayır...

...Dünən Parisin Ukraynaya dəstək baxımından heç bir məhdudiyyəti olmamalıdır deyən Emmanuel Makronun açıqlamaları ictimaiyyəti Fransanın sonda birbaşa döyüşlərə müdaxilə edəcəyinə hazırlamaq cəhdidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa Kommunist Partiyasının baş katibi Fabien Russel deyir.

Onun dediyinə görə, prezidentin seçdiyi kurs son dərəcə təhlükəlidir və Paris bu münaqişənin tərəfi olmamaq üçün hər şeyi etməlidir.

Beləliklə, Fransa Kommunist Partiyasının baş katibi Fabien Russel BFM TV-də, Fransa prezidenti Emmanuel Makronun tədricən Parisin Ukrayna münaqişəsinə birbaşa müdaxiləsi üçün “ağıl hazırladığını” deyib.

Russel, dövlət başçısının ritorikasının onu çox narahat etdiyini deyib.

...Çünki o, faktiki olaraq münaqişənin genişlənməsinə təhrik edir, nəticədə onun miqyası böyüyə bilər.

...Siyasətçinin sözlərinə görə, Makron Fransa partiyalarının liderləri ilə ünsiyyət zamanı Rusiyanın özünün Ukraynada atəşkəs yaratmağı təklif etdiyini iddia edib, lakin prezident əmindir ki, bu cür təkliflərdən imtina edilməlidir, əks halda Moskva öz gücünü bərpa edə biləcək.

Fransa Kommunist Partiyasının baş katibi qeyd edib ki, bu arada, Kiyev döyüşlərdən tükənib və buna görə də atəşkəs onun üçün də çox lazımlı möhlət olardı.

...Russelin fikrincə, Fransa Ukraynaya dəstək verə bilər, lakin eyni zamanda, münaqişənin tamhüquqlu tərəfinə çevrilməmək üçün hər şeyi etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə