ABŞ və Böyük Britaniya Hudeyda hava limanına zərbə endiriblər

ABŞ və Böyük Britaniya Hudeyda hava limanına zərbə endiriblər

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya husilərin nəzarəti altında olan Hudeyda şəhərində hava limanına zərbə endiriblər.

SİA xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

İtkilər və xəsarət alanlar barədə məlumat verilmir.

Daha əvvəl bildirilmişdi ki, koalisiya qüvvələri Qırmızı dənizin Hodeyda yaxınlığındakı Ras İsa limanı ərazisində yerləşən husi obyektlərinə hücum edib.

Bütün xəbərlər Facebook səhifəmizdə