İsveçrə də Rusiya aktivlərini Ukraynaya verir..?

İsveçrə də Rusiya aktivlərini Ukraynaya verir..?

Bu arada İsveçrə parlamentinin yuxarı palatası Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi ideyasını dəstəkləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə France24 xəbər verir.

Parlamentin yuxarı palatasında keçirilən səsvermə zamanı 29 isveçrəli deputat təşəbbüsü dəstəkləyib, 19 deputat əleyhinə çıxıb, daha üç deputat isə bitərəf qalıb.

Xatırladaq ki, parlamentin aşağı palatası ötən il bu ideyanı dəstəkləmişdi.

Parlamentin qərarı hökumətə təcavüzkar dövlətlərin aktivlərindən zərər çəkmiş ölkələrə təzminat ödəmək üçün istifadə etməkdə beynəlxalq hüquqi baza yaratmaq imkanı verir.

Hökumət təcavüzkarın mərkəzi bankının dondurulmuş vəsaitlərinin və ya onun dövlət şirkətlərinin aktivlərinin qanuni olaraq hücuma məruz qalan dövlətə ötürülməsinə dair təşəbbüs hazırlayacaq.

Qeyd etmək lazımdır ki, İsveçrə Rusiya Mərkəzi Bankının 8 milyard dollardan çox ehtiyat və aktivlərə malikdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə