FSB əməkdaşları belaruslu fəalı güllələyiblər

FSB əməkdaşları belaruslu fəalı güllələyiblər

Kareliya Respublikasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Olonetsdə terror aktı törətməyi planlaşdırdığı iddia edilən Belarus vətəndaşını güllələyiblər.

Departamentin hesabatında iddia olunur ki, belarus həbs edilərkən təhlükəsizlik əməkdaşlarına atəş açıb və öldürülüb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya cəsədin müayinəsi zamanı onun üzərindən bomba, tapança və patronlar aşkar edilib.

Federal Təhlükəsizlik Xidməti həmçinin iddia edir ki, öldürülən şəxs Ukrayna tərəfində döyüşən Belarus “Kastus Kalinovski polkunun” tərkibində olduöu üçün dövlətlərarası axtarışa verilibmiş.

Federal Təhlükəsizlik Xidməti öldürülən şəxsin adını açıqlamayıb. ASTRA teleqram kanalının məlumatına görə, söhbət 2020-ci ildə Belarusda Aleksandr Lukaşenkonun hakimiyyətinə qarşı etiraz aksiyalarında iştirak edən 49 yaşlı Nikolay Alekseyevdən gedir.

ASTRA-nın məlumatına görə, fəal həbs zamanı müqavimət göstərdiyi üçün öldürülüb. Alekseyevin oğlu “Naşa Niva” nəşrinə fəalın Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən güllələndiyini təsdiqləyib. Eyni zamanda o, atasının terror aktı hazırlaya biləcəyindən şübhələndiyini bildirib.

Qeyd edək ki, Alekseevi dörd övladı qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə