Perunun baş naziri NİYƏ İSTEFA VERDİ? - DETALLAR

Perunun baş naziri NİYƏ İSTEFA VERDİ? - DETALLAR

Perunun baş naziri Alberto Otarola, nüfuz alveri ilə bağlı şübhələrə görə istefa verdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu "Panamericana" televiziyasının "Panorama" proqramında yayımlanan səs yazılarında Otarolanın arxiv işlərinin aparılması və bu il cəmi 13 min avro dəyərində iki əmək müqaviləsi imzalayan 25 yaşlı Yazire Pinedo adlı qadınla mehribancasına danışdığı görünür.

Otarola dünən keçirdiyi mətbuat konfransında deyib: "Peru Prezidenti Dina Boluarte ilə görüşüm zamanı istefa qərarımı açıqladım".

X hesabında dərc etdiyi mesajda Otarola Prezidenti sakitləşdirmək və kabineti yenidən təşkil etmək üçün belə qərar qəbul etdiyini bildirib. Otarola Peruya qayıtmaq üçün dünən Kanadaya rəsmi səfərini də yarımçıq dayandırıb.

Bu qeydlərin tapılmasını siyasi rəqibləri ilə əlaqələndirən Otarola Peru əmək qanununun hər hansı pozuntusunu və ya hər hansı digər qınana bilən hərəkəti rədd edib: "Əlbəttə ki, mən bütün araşdırmaları təqdim edəcəyəm, lakin ekspertlərin rəyi bu qeydlərin redaktə edilməsinin və ictimaiyyətə təqdim edilməsinin nə qədər kobud olduğuna dair tamamilə aydın olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə