Qaçaqmalçılıq yolu ilə gətirilən lüks avtomobillər saxlanılıb...

Qaçaqmalçılıq yolu ilə gətirilən lüks avtomobillər saxlanılıb...

...Bu arada Stavropol vilayətində yerli gömrükçülər tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilən “Toyota”, “Mercedes” və “Lexus” markalı avtomobillər saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, maşınlar Gürcüstandan “Verxniy Lars” keçid məntəqəsi vasitəsilə bölgəyə gətirilib.

Qeyd edək ki, lüks avtomobillərin partiyası Mineral Vodı gömrükçüləri tərəfindən ələ keçirilib.

Onu da qeyd edək ki, qaçaqmalçılığın məbləği 200 milyon rublu ötüb.

Avtomobil partiyasına baxış zamanı ciddi qanun pozuntuları aşkar edilib.

Məlum olub ki, daşıyıcı lazımi sənədləri təqdim etməyib və gömrük ərazisindən tranzitlə bağlı müəyyən edilmiş prosedurlara belə əməl etməyib.

Mineral Vodı gömrükçüləri qayda pozuntusu ilə daşınan 9 ədəd “Toyota”, “Mercedes” və “Lexus” markalı minik avtomobillərini Ulyanovka kəndi ərazisində (Stavropol diyarı) saxlayıblar.

Departament qeyd edib ki, avtomobillər sonradan Moskvada yenidən satış üçün “Verxniy Lars” keçid məntəqəsindən gətirilib.

Qanunu pozan şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaq. Saxlanılan avtomobil partiyası isə müsadirə olunacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə