Xarici qoşunlar Ukraynaya göndərilə bilər, amma...

Amma bu, “qırmızı xətləri keçməyə” çevrilə bilər
Xarici qoşunlar Ukraynaya göndərilə bilər, amma...

...Avropa ölkələrinin Ukraynaya hərbi personal köçürülməsi mümkündür, lakin onlar hərbi əməliyyatlarda iştirak etməməlidirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Çexiya prezidenti Petr Pavel deyib.

Maraqlıdır ki, o, bunu Fransa prezidenti Emmanuel Makronla Praqada keçirdiyi mətbuat konfransında deyib.

O, bu məsələdə Ukraynaya dəstək üçün yeni yolların tapılmasının, o cümlədən Ukraynada xarici qoşunların mövcudluğu ilə bağlı müzakirələrin aparılmasının tərəfdarı olduğunu vurğulayıb.

Bu məsələ ilə bağlı müzakirələrin hələ ilkin mərhələdə olduğunu deyən Pavel, bunun davam etdirməyin lazım

olduğunu bildirib.

...Eyni zamanda, Çexiya prezidenti hesab edir ki, Ukraynaya döyüş qoşunlarının göndərilməsi barədə danışmağın mənası yoxdur, çünki bu, “qırmızı xətləri keçməyə” çevrilə bilər. O, Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin tərəfdaş ölkələrin ərazisində deyil, birbaşa Ukraynada təlimi kimi “dəstək formalarını” müzakirə etməyə hazır olduğunu açıqlayıb.

...Rusiyanın Ukraynada uğur qazanmaması bizim maraqlarımıza uyğun olduğundan, biz hazırda Ukraynaya göstərdiyimiz yardımla dayana bilmərik.

Bunu da Pavel vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə