Müharibədən qayıdıb 3 yaşlı oğlunun gözü qarşısında arvadını öldürüb...

...Çelyabinskdə Ukraynadakı müharibədən qayıdan rus əsgəri Nikita Sidorov keçmiş həyat yoldaşını üç yaşlı oğlunun gözü qarşısında öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu zaman qadın polisə zəng edərək hərbçinin onu öldürməklə hədələyərək mənzilə soxulmağa çalışdığını bildirməyə müvəffəq olub.

Qonşuların dediyinə görə, zərərçəkmiş köməyə çağırmağa başlayandan 35-40 dəqiqə sonra polis lazımi ünvana gəlib.

Polislərin dediyinə görə, onlar Sidorovun qadını döydüyünü eşidib, lakin Fövqəladə Hallar Nazirliyi gələnə qədər qapını sındırmayıblar.

Nəhayət qapı açılanda Sidorovun keçmiş arvadı artıq ölübmüş. Cinayətkar Nikita Sidorov yerindəcə saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Bildirilir ki, Daxili İşlər Nazirliyi qadını xilas etməyə vaxt tapmayan polis əməkdaşları ilə bağlı araşdırmalara başlayıb.

…Bu gün Rusiyada Ukraynadakı müharibədən qayıdanların törətdiyi ağır cinayətlər, o cümlədən qətllər və zorlamalar barədə mətbuatda mütəmadi məlumatlar verilir. Qeyd edək ki, artıq yüzlərlə belə hal məlumdur. Onların yaratdığı rezonans Kremli nəzarətdə olan jurnalistlərə belə hadisələr barədə danışmamağı tövsiyə etməyə məcbur edib.

Yeri gəlmişkən, bir gün əvvəl Trans-Baykal diyarının məhkəməsi müharibədən qayıdan, döyüş əməliyyatlarında iştirak etdiyinə görə əfv olunmuş keçmiş məhbusu qətlə görə 14 il müddətinə azadlıqdan məhrum edib. Qeyd olunur ki, o, əvvəllər 18 yaşlı tələbəni öldürmək, soyğunçuluq və evə qanunsuz daxil olmaqda təqsirli bilinib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə