...Almaniya kansleri Olaf Şolz Moskvaya qarşı potensial raket hücumu təhlükəsi səbəbindən Ukraynaya “Taurus” qanadlı raketlərini göndərmək istəmədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
Şolz bu barədə Drezdendə ölkə vətəndaşları ilə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, “Taurus” raketinin uçuş məsafəsi Ukrayna Silahlı Qüvvələrinə belə raketlə Rusiya paytaxtına hücum etmək üçün kifayət edəcək.
...“Taurus” 500 kilometr uçuş məsafəsinə malikdir və səhv istifadə edilərsə, Moskvanın bir yerində hədəfi vura bilər. Mən özümü bütün diplomatik abstraksiya ilə ifadə edirəm - başqaları da dəqiq nəyin və hara düşdüyünü bilməklə maraqlanırdılar.
Qeyd edək ki, bunu deyən Şolz, bundan əvvəl alman qoşunlarının Ukraynaya göndərməyəcəyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB