Rus polisinə “söz demək olmaz”!?.

Moskvanın cənub-şərqində polis əməkdaşına hücum edilib. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın verdiyi məlumata görə, Özbəkistan Respublikasının vətəndaşı polis əməkdaşına zor tətbiq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 18-də Lyublinskaya küçəsinə gələn polis əməkdaşının ziyarətçinin xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün gəldiyi zaman baş verib.

Cinayəti törədən şəxs saxlanılıb. Cinayət işi hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə araşdırılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə