Tramp seçkidə 12 faizə yaxın demokratın onu dəstəkləyəcəyinə inanır

Tramp seçkidə 12 faizə yaxın demokratın onu dəstəkləyəcəyinə inanır

Düşünürəm ki, demokratların çoxu mənə sizin düşündüyünüzdən daha çox səs verəcək. SİA xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Bildirib ki, demokratların 10-12 faizinin seçkidə onu dəstəkləyəcəyini proqnozlaşdırır.

Trampın sözlərinə görə, demokratlar öz partiyalarının potensial namizədi, ABŞ-ın hazırkı Prezidenti Co Baydenə inanmırlar, çünki ona heç bir ümid yoxdur.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri cari ilin noyabrın 5-nə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə