İran Rusiyanın BRİKS-ə sədrliyindən nə gözləyir?

İran Rusiyanın BRİKS-ə sədrliyindən nə gözləyir?

İranın Moskvadakı səfirliyinin müşaviri Hadi Qudarzi, Rusiyanın BRİKS-ə sədrliyinin ölkə üçün böyük imkanlar açacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, diplomat qeyd edib ki, Tehran bütün sektorlarda assosiasiya ilə əməkdaşlığa hazırdır. O, BRİKS-in əlaqələrin inkişafı üçün yaxşı perspektivləri olduğunu vurğulayıb.​

Xatırladaq ki, ötən ilin avqustunda BRİKS-ə altı yeni üzv dəvət olunub - Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya.

Argentina, Javier Miley hakimiyyətə gəldikdən sonra assosiasiyaya qoşulmaqdan imtina etdi.

Amma qalan ölkələr yanvarın 1-dən təşkilatda tam hüquqlu fəaliyyətə başlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə