Tehran Vaşinqtonu Yaxın Şərqdəki münaqişənin siyasi həllinə diqqət yetirməyə çağırıb. Qeyd edək ki, bundan əvvəl İordaniyadakı bazaya hücum nəticəsində üç amerikalı əsgər həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, İran diplomatiyasının rəhbəri Hüseyn Əmir Abdullahiyan Amerika tərəfini təhdid dilindən əl çəkməyə çağırıb.
O, həmçinin Vaşinqtona diqqətini Yaxın Şərqdəki münaqişənin siyasi həllinə yönəltməyi tövsiyə edib.
Nazir vurğulayıb ki, ABŞ-dan hər hansı təhdid olarsa, Tehrandan dərhal və qəti reaksiya veriləcək.
Bir daha xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin öldüyünü, daha 34 əsgərin yaralandığını açıqlamışdı.
Vaşinqton bazaya hücumun arxasında Tehranın olduğunu iddia edir.
Yeri gəlmişkən, artıq KİV-lər ABŞ hakimiyyətinin İrana qarşı əməliyyat hazırladığını bəyan ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB