Kiyevə 50 milyard avro yardım ayırmaq tövsiyə edilib

Kiyevə 50 milyard avro yardım ayırmaq tövsiyə edilib

ABŞ Aİ-yə Kiyevə 50 milyard avroluq yardım ayırmağı tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo “X” sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edib ki, bu təkliflə ABŞ-nin maliyyə naziri Canet Yellen çıxış edib. O, Avropa İttifaqı Şurasının hazırkı sədri Belçikaya fevralın 1-də keçiriləcək sammitdə bu yardımın ayrılmasına razılıq istəyib.

De Kroo Canet Yellen ilə Ukraynaya dəstək və onun bərpasının vacibliyini müzakirə etdiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə