...Minsk məhkəməsi 55 yaşlı yerli sakin Georgi Çerevakonu 5 il müddətinə azadlıqdan məhrum edib. O, Ukrayna tərəfində vuruşan Belarus vətəndaşlarından ibarət hərbi birləşmə olan Kastus Kalinovski alayının maliyyələşdirilməsi işində təqsirli bilinib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Viasna” hüquq müdafiə mərkəzi yayıb.
Müstəntiqlərin fikrincə, 2023-cü ildə Çerevako Belarus bank kartının bağlı olduğu Paypal hesabından Kalinovskinin alayına 21 dollar köçürüb.
Məhkəmə zamanı məlum olub ki, məhkum çoxsaylı “ekstremist teleqram kanallarına” abunə olub. Çerevako bu vəsaitin dəbilqə, zireh və dərmanların alınmasına sərf olunacağına ümid etdiyi üçün pulu köçürdüyünü, lakin onların silah və sursat almaq üçün də istifadə oluna biləcəyini istisna etməyib.
Qeyd edək ki, Çerevako 2023-cü il avqustun əvvəlində ABŞ-dan Belarusa qayıtdıqdan sonra saxlanılıb. Məhkəmədən əvvəl o, Belarus DTK-nın istintaq təcridxanasında saxlanılıb, sonra Minskdəki 1-ci istintaq təcridxanasına köçürülüb. Yanvarın əvvəlində Belarus polisi Çerevakonu “ekstremistlər” siyahısına daxil edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB