Avropa İttifaqında yeganə anti-Ukrayna siyasətçi...

Avropa İttifaqında yeganə anti-Ukrayna siyasətçi...

Polşanın baş naziri Donald Tusk macar həmkarı Viktor Orbanı Avropa İttifaqında yeganə anti-Ukrayna siyasətçisi adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Tusk qeyd edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı işə saldıqdan sonra Avropada “çox şey dəyişib”.

...Macarıstan qaldı, daha doğrusu Macarıstan yox, mən bizim üçün bu qədər dost olan ölkənin adından istifadə etmək istəməzdim, amma Viktor Orban döyüş meydanında tək qaldı. O, yeganə belə açıq-aşkar anti-Ukrayna siyasətçisidir.

Tusk deyib bunu.

Xatırladaq ki, Budapeşt hazırda Avropa İttifaqının Ukrayna ilə bağlı əksər qərarlarını, o cümlədən Avropa ölkələrindən Kiyevə yeni yardım paketlərini əngəlləyir.

Bundan əlavə, Macarıstan bəyan edib ki, ölkə Zakarpatiyada macarların hüquqlarını bərpa etməyənə qədər Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə